Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda oktyabrın 18-də meşə yanğını üç gündür davam edir.
Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, 313 personalın iştirak etdiyi yanğınsöndürmə işlərinə Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının da dəstəyi ilə 16 vertolyot və 8 təyyarə cəlb edilib.
Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.
Qeyd edək ki, yanğının elektrik naqillərindən qaynaqlandığı müəyyən edilib.













