Bu gün Türkiyədə baş tutacaq “3+3” formatı üzrə görüş mətbuata qapalı olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezidentinin ofisindən bildirilib.
Məlumata görə, Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın xarici işlər nazirləri arasında baş tutacaq görüş Moskva vaxtı ilə 16:00-da başlayacaq. XİN başçılarının iclası İstanbuldakı Dolmabahçe sarayında keçiriləcək.
Müzakirədə iştirak edəcək xarici işlər nazirləri arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Əliyar Xəlil
Globalinfo.az














