Türkiyədə iki terrorçu belə məhv edildi – Anbaan video

Türkiyədə biri qırmızı kateqoriyada olmaqla iki terrorçu zərərsizləşdirilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

“Mardin vilayətinin Dargeçit rayonunun Alayurt çöllük ərazisində həyata keçirilən “Qəhrəmanlar-32” əməliyyatı zamanı biri qırmızı kateqoriyada olmaqla 2 terrorçu zərərsizləşdirilib”, – deyə Ali Yerlikaya paylaşımda bildirib.

“Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”, – deyə nazir qeyd edib.