Türkiyədə hərbi avtomobil aşdı: Ölən və yaralananlar var

Türkiyənin Ədirnə vilayətində hərbi avtombil aşıb.

Globalinfo.az xəbər verir ki, hərbçiləri daşıyan avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə zamanı 3 hərbçi yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Yaralılardan biri çavuş Ramazan Merzifonluoğlu həkimlərin səylərinə baxmayaraq şəhid olub.