Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey dənizi hövzəsində gün ərzində ikinci zəlzələ baş verib. Budəfəki təkanlar 4.8 bal gücündə olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, Yerin təxminən 16 km dərinliyində qeydə alınan təkanlar ətraf əyalətlərdə də hiss olunub və əhali arasında təşviş yaradıb.