Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı

Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.

Globalinfo.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.

***16:30

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

***12:52

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

***12:04

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağının dərinliyinin 10,7 kilometr olduğu bildirilir. Bölgə bələdiyəsi ilkin məlumata görə, dağıntı və tələfatın olmadığını açıqlayıb.

Zəlzələ ətraf ərazilərdə də hiss edilib.

Zəlzələ ilə əlaqədar Malatyada məktəblər 1 günlük bağlanıb.