Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda dəmir-polad fabrikində partlayış olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, partlayış nəticəsində fabrikin 13 işçisi yaralanıb.
Bölgəyə polis və xilasetmə qrupları çağırılıb.
Yaralı işçilərə ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıblar.
Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.














