Türkiyədə dünənki zəlzələdə iki nəfər ölüb

Malatyada 5,6 maqnitutada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 110 nəfər xəsarət alıb, dağıntılar altından 32 nəfər xilas edilib.

Xatırladaq ki, zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.