Türkiyədə bu cinayətə görə edam cəzası verilə bilər

Türkiyənin Ali Apellyasiya Məhkəməsinin Baş Prokuroru Bekir Şahin qadın öldürən qatillər üçün edam cəzasının bərpasını təklif edib.

Globalinfo.az xəbər verir ki, Baş prokuror təklifi qadınların öldürülməsinə görə ömürlük həbsin eyni cinayətləri törətməkdən çəkindirməməsi ilə əsaslandırıb.

“Qadın qətlinə görə verilən ən ağır cəza ağırlaşdırılmış ömürlük həbsdir. Əvvəllər bunun ekvivalenti ölüm cəzası idi. Məncə, günahı sübuta yetirilənlərin cəzası ölüm olmalıdır. Hamilə qadına saysız-hesabsız bıçaq zərbəsi vuran şəxs ağırlaşdırılmış həbs əvəzinə edam cəzasına məhkum edilməlidir”, – deyə Bekir Şahin bildirib.

Qeyd edək ki, Türkiyədə 1984-cü ildən edam cəzası faktiki olaraq tətbiq edilmir.

(Oxu.az)