Türkiyədə 3 günlük matəm elan olundu

Qəzzada xəstəxanaya hücum nəticəsində həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmisi Özlem Zengin məlumat yayıb.

Məsələ ilə bağlı Türkiyə Prezidentinə qərarnamə təqdim edilib, təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, oktyabrın 17-də Qəzzadakı xəstəxanaya hücum olub. Hadisə nəticəsində 471 nəfər həyatını itib. Hücumun törədilməsi HƏMAS qruplaşması və İsrail hökuməti bir-birilərini ittiham edirlər. Nəticədə İraq, Fələstin, Livan, Misir, Ürdün, Birləşmiş Ərəb Əmirliyi 3 gün, İran 1 isə günlük matəm elan edib.

Əliyar Xəlil
Globalinfo.az