Sabah Ankarada Türkiyə və Ukrayna arasında regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası ölkədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

“5 dekabr 2023-cü il tarixində Türkiyə Xarici İşlər Nazirinin müavini, səfir Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi məsləhətləşmələr baş tutacaq”, – məlumatda bildirilir.

Paylaş: