Türkiyə və Rusiya XİN nümayəndələri Qarabağı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin Türkiyənin xarici işlər naziri Burak Akçapar ilə Qarabağ və Suriya ətrafındakı vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, bununla yanaşı onlar taxıl müqaviləsini müzakirə ediblər.

Hər iki tərəf qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər.