Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz ilə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin arasında Nyu Yorkda görüş baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini nəzərdən keçirib və Fələstin məsələsi başda olmaqla Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin regionda sülh və sabitliyin təmin olunması üçün atılacaq addımları da gündəmə gətiriblər.
Tahir Turan
Globalinfo.az














