Türkiyə İsrailin casusu olduğunu iddia etdiyi 7 nəfəri saxladı

Türkiyədə İsrailin Kəşfiyyat Xidməti “Mossad”la əməkdaşlıq edən şəxslər saxlanılıb

Globalinfo.az APA-ya istinadən görə, bu barədə yerli mətbuata təhlükəsizlik strukturlarındakı mənbə bildirib.

Qeyd olunub ki, daha əvvəl İstanbul və İzmirdə saxlanılan 7 nəfərin işi üzrə araşdırma başlayıb. Onlar “Mossad”a üçüncü şəxslərin məlumatlarını ötürməkdə şübhəli bilinirlər.

Məlumata əsasən, “Mossad”ın şübhəlilərlə ilk əlaqəni araşdırma şirkəti adı altında qurduğu müəyyən edilib. Şəbəkədə iştirak edəcək şəxsləri müəyyən etmək üçün əvvəlcə sadə araşdırma tapşırıqlarının verildiyi və bu prosesdə tapşırıqlar arasında qəsb və ya sui-qəsd kimi cinayətlərin də əlavə edildiyi müəyyən edilib.

Bu cinayətlər üzrə “Mossad”ın kommunikasiya proqramları vasitəsilə qrupların yaradılması və idarə edilməsi, internet saytının yaradılması, dizaynı, əməliyyat xətlərinin təmin edilməsi və hakerlərin tapılması kimi texnoloji fəaliyyətlərdə də qurumun resurslarından istifadə edildiyi üzə çıxıb.