Türk konsulun qatili İrəvanda saxlanıldı – VİDEO

Türk konsulun qatili İrəvanda saxlanıldı - VİDEO

1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirən ASALA terror təşkilatının üzvü Hampiq Sasunyan İrəvanda keçirilən aksiyalarda saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

H.Sasunyanın bir neçə polis tərəfindən saxlanılma anının görüntüləri paylaşılıb.

Qeyd edək ki, H.Sasunyan bir neçə gün əvvəl aksiyaları təşkilatlandıran “Vətən üçün Tavuş” hərəkatına qoşulduğunu açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az