Türk Hava Yollarında faciə: kapitan pilot… – FOTO

Türk Hava Yollarında faciə: kapitan pilot... - FOTO

Türk Hava Yolları (THY) şirkətinin Sietl-İstanbul reysini həyata keçirən kapitan pilot İlçehin Pehlivan uçuş zamanı keçirdiyi narahatlıq səbəbindən dünyasını dəyişib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün məlumat verib.

“Sietl-İstanbul reysini həyata keçirən “Airbus 350″ tipli təyyarəmizin kapitan pilotu İlçehin Pehlivan uçuş zamanı huşunu itirib. Təyyarədə kapitanımıza edilən ilk tibbi müdaxilə nəticəsiz qaldıqda, 1 kapitan və 1 köməkçi pilotdan ibarət kokpit komandası təcili eniş qərarına gəlib, ancaq kapitanımız enişdən sonra həyatını itirib”, – deyə məlumatda bildirilib.

Təyyarə Nyu-Yorkda eniş edib, sərnişinlərin digər reyslə yola salınması planlaşdırılır.

Türk Hava Yollarında faciə: kapitan pilot... - FOTO