Türk atlet Azərbaycana dəvətə görə İlham Əliyevə və xanımına təşəkkür etdi

Türk atlet Azərbaycana dəvətə görə İlham Əliyevə və xanımına təşəkkür etdi

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Globalinfo.az xəbər verir ki, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, – Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.