Trampla nazir üz-üzə: “Mənə niyə demirsiniz?”

Trampla nazir üz-üzə: "Mənə niyə demirsiniz?"

“Pentaqonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ABŞ Prezidenti Donald Trampı təəccübləndirib”.

Globalinfo.az xəbər verir ki, “Associated Press” mənbələrə istinadən məlumat yayıb.

ABŞ lideri Müdafiə Nazirliyi ilə Ağ Ev arasında düzgün koordinasiyanın olmamasından məyus olub”, – deyə bildirilib.

Öz növbəsində Pentaqonun mətbuat katibi Kinqsli Uilson agentliyə deyib ki, müdafiə naziri Pit Heqsetlə prezident arasında məsləhətləşmələrin olmaması barədə xəbərlər doğru deyil.

“Nazirin işi baş komandana hərbi tövsiyələr hazırlamaqdır. Heqset prezidentə hərbi yardımın çatdırılmasını qiymətləndirmək və mövcud ehtiyatları təhlil etmək üçün əsas təqdim edib. Bu iş hökumətlə koordinasiya əsasında həyata keçirilib”, – o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukraynaya silah tədarükünün dayandırılması qərarı barədə məlumat verən müxbirin sualına D.Tramp belə cavab verib: “Bilmirəm. Niyə mənə demirsiniz?”.

İyulun 2-də “The New York Times” nəşri ABŞ-ın Ukraynaya Patriot raketləri, GMLRS dəqiq idarə olunan döyüş sursatları, Hellfire idarə olunan raketləri, “Stinger” insan daşına bilən raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az