vensss


ABŞ-ın vitse-prezidenti J.D. Vens 2028-ci il prezident seçkilərində mümkün namizəd kimi Respublikaçılar arasında diqqət mərkəzinə düşüb.

Globalinfo.az xəbər ki, “Politico”nun məlumatına görə, Texasda keçirilən qapalı görüş zamanı Vens çıxış edərkən iştirakçılar “48” şüarı səsləndiriblər.

Bu ifadənin Vensin 2028-ci il seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın 48-ci prezidenti olacağına işarə etdiyi bildirilir.

Vensin Respublikaçılar Partiyası daxilində Donald Trampın mümkün siyasi varisi kimi adı son vaxtlar daha çox hallanır.

O, sentyabrın 10-da Dallasda keçirilən Respublikaçıların toplantısında da əsas çıxışçılardan biri olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: