ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi postuna namizədi Keyt Kelloq rusiyalı general İqor Kirillovun qətli ilə bağlı danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Amerikanın “Fox News” telekanalı məlumat yayıb.
O, baş verənlərin Kiyev və Moskva arasında sülh danışıqlarının başlanmasına mane olmayacağını deyib. Kelloq Kiyevi də tənqid edib.
“Mən general Kirillovu öldürməyin ağıllı addım olduğunu düşünmürəm. Müharibənin öz qaydaları mövcuddur. Odur ki, bəzi şeyləri etməmək lazımdır”, – deyə Kelloq vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














