Nobel Komitəsi ABŞ Pezidenti Donald Trampın namizədliyinin rədd edilməsinə sərt reaksiya verə biləcəyindən narahatdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr yazır ki, Nobel Komitəsinin katibi Kristian Berq Harpviken Trampın Nobel Sülh Mükafatına namizədliyinin qəbul edilməsi üçün quruma birbaşa təzyiq olmayıb. Lakin onun bu mükafata layiq görülməsi məqsədilə həm açıq, həm də gizli kampaniyalar aparılıb.
Lakin Ağ Ev rəhbərinin bu arzusunu dəfələrlə bəyan etməsindən sonra reallaşmaması halında verəcəyi reaksiya komitədə narahatlığa səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az














