Trampın adamı Kiyevdə: Masada nələr var?

Trampın adamı Kiyevdə: Masada nələr var?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynaya işgüzar səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, Kelloq bütün həftəni Kiyevdə keçirəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə, xüsusilə Vaşinqtondan Kiyevə gələcək dəstək və döyüş bölgəsində qoşunların perspektivlərini müzakirə ediləcək. Trampın xüsusi nümayəndəsi  ilə Ukrayna Təhlükəsizlik Xidmətinin, eləcə də kəşfiyyat xidmətlərinin rəhbərləri arasında görüşlər də planlaşdırılır”, – deyə nəşr əlavə edib.

Qeyd edək ki, Vaşinqton Kiyevə əlavə Patriot zenit-raket kompleksləri ötürmək niyyətindədir.

Əliyar Xəlil
Globalinfo.az