ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə sülh danışıqlarına deyil, müharibəni davam etdirməyə təşviq edən Amerika dairələrini tənqid edib. O, bu dairələri açıqlamalarında ehtiyatlı olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“İnsanlar dediklərinə çox diqqət etməlidirlər. Dillərinə nəzarət etməlidirlər, çünki onların sözləri özlərinə böyük bəlalar gətirə bilər”, – deyə Tramp bildirib.
O, bu fikirləri ABŞ Senatının üzvü Lindsi Qrem və keçmiş dövlət katibi Mayk Pompeonun Kiyevdə səsləndirdiyi bəyanatlara cavab olaraq deyib. Hər iki siyasətçi Ukraynanı Rusiya ilə müharibəni davam etdirməyə ruhlandıran fikirlər səsləndirmişdi.
Aysel Əliyeva
Globalinfo.az














