TrumpPutin3

“ABŞ qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan Rusiya vətəndaşlarının qalıqlarının təhvil verilməsini asanlaşdırmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı keçirilən brifinqdə ABŞ prezidenti Donald Tramp deyib.

O, jurnalistin Rusiya lideri Vladimir Putinlə danışıb-danışmadığı ilə bağlı sualı cavablandırıb.

“Mən Putinlə danışmamışam. Xeyr… Bu barədə söhbətimiz olmayıb. Ancaq biz artıq Rusiya ilə əlaqə saxlamışıq. Bəli, kömək edəcəyik. Təyyarənin göyərtəsində başqa ölkələrin nümayəndələri də olub, bu, daha sonra açıqlanacaq”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: