ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə iyunun 25-də görüşməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Görüş Haaqada NATO sammiti çərçivəsində baş tutacaq.
*** 19:00
ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğu təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri Ağ Evin nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, görüş Niderlandın Haaqa şəhərində keçirilən sammit çərçivəsində baş tuta bilər.
Qeyd edək ki, NATO sammiti bu gün start götürüb və iki gün davam edəcək.
Aysel Əliyeva
Globalinfo.az














