ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Pais” qəzeti məlumat yayıb.
“Bu il Nobel Sülh Mükafatı üçün cəmi 338 namizəd qəbul edilib: 244 fiziki şəxs və 94 təşkilat. Rəsmi siyahı dərc edilməsə də, Trampın da namizədlər arasında olduğunu təsdiqləyib”, – deyə bildirilib.
Qeyd edək ki, oktyabrın 10-da Nobel Komitəsi Trampın çoxdan arzuladığı Sülh Mükafatının qalibini elan edəcək.
Əliyar Xəlil
Globalinfo.az














