“Əgər prezident seçkisində uduzsam, Üçüncü Dünya müharibəsi başlayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp İsrail baş naziri Benyamin Netanyahunu Floridadakı iqamətgahında qəbul edərkən deyib.
“Əgər biz qalib gəlsək, hər şey çox sadə olacaq. Hər şey çox tez həll ediləcək. Əgər yox, o zaman hər şey Yaxın Şərqdə böyük müharibələrlə bitəcək və bəlkə də Üçüncü Dünya müharibəsi olacaq. İndi siz Üçüncü Dünya müharibəsinə heç vaxt olmadığı qədər yaxınsınız. Bu ona görədir ki, bizdə səriştəsiz insanlar ölkəni idarə edirlər” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














