Tramp NATO ölkələrinə şərt qoydu: “Seçkilərdə qalib gəlsəm…”

Tramp NATO ölkələrinə şərt qoydu: "Seçkilərdə qalib gəlsəm..."

ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsəm, NATO ölkələrindən müdafiə xərclərini artırmağı tələb edəcəm.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbələrinə istinadən yazırb.

Nəşr bildirir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmağı tələb etmək ideyasını nəzərdən keçirir.

Xatırladaq ki, Tramp daha öncə açıq şəkildə bildirib ki, ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlsə, alyansın gələcəyini müzakirə etmək üçün 2025-ci ilin iyununda NATO-nun sammitini çağıracaq.

Trampa yaxın mənbənin sözlərinə görə, keçmiş ABŞ lideri bütün NATO ölkələrini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağıran Polşa prezidenti Anjey Dudanın arqumentlərindən təsirlənib.

Müşviq Tofiqoğlu
Globalinfo.az