Tramp Böyük Britaniyaya səfər edib

Tramp Böyük Britaniyaya səfər edib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfər edib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu səfərdə iki ölkə arasında milyardlarla dollarlıq sərmayə sazişlərinin imzalanacağı və “xüsusi münasibətlərin” yenilənəcəyi gözlənilir.

Sabah Tramp Vindzor qalasında Kral III Çarlz tərəfindən qarşılanacaq. Burada onun və xanımının şərəfinə ənənəvi mərasim keçiriləcək: atlı kortej, hərbi təyyarələrin uçuşu, dövlət ziyafəti və top atəşi.

Aysel Əliyeva
Globalinfo.az