ABŞ-ın keçmiş lideri, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı dövlət başçısı, qarşıdan gələn prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydeni yeni teledebata çağırıb.
Globalinfo.az xəbər verir ki, Tramp teledebatı moderasiya olmadan, əvvəlcədən razılaşdırılmış qaydalarsız keçirməyi təklif edib.
“Co Baydenin şərhlərinə cavabım var. Gəlin yeni debatlar keçirək, amma bu dəfə heç bir qayda-qanun olmadan. Hərtərəfli müzakirə, yalnız siz və mən ölkəmizin gələcəyini müzakirə etmək üçün səhnəyə çıxacağıq”, – Donald Tramp deyib.














