Tramp Aİ ilə ticarət münaqişəsini yumşaldır – yeni razılaşma hazırlanır

Tramp Aİ ilə ticarət münaqişəsini yumşaldır – yeni razılaşma hazırlanır

Avropa İttifaqı ABŞ-la yeni ticarət sazişi imzalamağa hazır olduğunu açıqlayıb. Razılaşmaya əsasən, Avropa mallarının əksəriyyətinə 10 faizlik gömrük rüsumu tətbiq olunacaq.

Globalinfo.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Brüssel bu razılaşma qarşılığında ABŞ-dan müəyyən güzəştlər tələb edir.

Avropa İttifaqı, xüsusilə, farmasevtika, alkoqol, yarımkeçiricilər və kommersiya aviasiyası sahələrində rüsumların azaldılmasını istəyir.

Bununla yanaşı, avtomobillər və onların ehtiyat hissələri, eləcə də polad və alüminium üçün tətbiq edilən tariflərin də azaldılması gündəmdədir.

Avropa Komissiyası razılaşmanın ümumilikdə ABŞ üçün daha sərfəli olduğunu qəbul etsə də, razılaşmanı ümumi mənada qəbulolunan hesab edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər Aİ ilə aparılan ticarət danışıqlarının çətinliyini əsas gətirərək 1 iyundan etibarən Avropa mallarına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırırdı. O, bəyan etmişdi ki, Avropa şirkətləri məhsullarını ABŞ-da istehsal etsələr, gömrük rüsumu ödəməyəcəklər.

Tramp daha sonra – 26 may tarixində – bu qərarı 9 iyula qədər təxirə saldığını açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az