Tokayev–Tramp görüşü ilə bağlı bəzi təfərrüatlar məlum oldu

Tokayev–Tramp görüşü ilə bağlı bəzi təfərrüatlar məlum oldu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ Prezidenti Donald Trampla görüşü noyabrın 7-də Bakı vaxtı ilə saat 05:00-da baş tutacaq.

Globalinfo. az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə Qazaxıstan və ABŞ kritik minerallarla bağlı memorandum imzalayıb.

Tokayev həmçinin ABŞ dövlət katibi Mark Rubio və Donald Tramp administrasiyasının digər nümayəndələri ilə görüşüb.

Sabah isə Ağ Evdə ABŞ Prezidenti və Mərkəzi Asiya ölkələrinin liderləri arasında sammit keçiriləcək.