Tiktoker “Miray” həbs edildi

Tiktoker “Miray” həbs edildi

“Miray” kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Miray” polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.