Türk Hava Yolları (THY) və “Peqasus” təhlükəsizlik məqsədilə Livan və İsrailə uçuşları dayandırır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, THY həmçinin İranın müxtəlif şəhərlərinə nəzərdə tutulan uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçiriləcəyini açıqlamışdı. “Peqasus” da uçuş təhlükəsizliyi məqsədi ilə yeni qərar qəbul edərək, İran, İraq və İordaniya ərazisinə olan gecə uçuşlarını gündüz vaxtına keçirib.













