“Vaqner”in rəhbəri Yevgeni Priqojinin qəzaya uğradığı təyyarənin ikinci pilotu Rüstəm Kərimovun dostu A.Tsukanov Globalinfo.az-a eksklüziv açıqlama verib.
O, saytımıza açıqlamasında Rüstəmlə eyni sinifdə təhsil aldığını bildirib.
“Məktəb illərində yaxın dost olmuşuq. Son vaxtlar görüşməsək də, əsasən sosial şəbəkə üzərindən əlaqəmiz var idi. Rüstəm Kərimov milliyyətcə tatar idi”, – A.Tsukanov deyib.
Qeyd edək ki, R.Kərimovun azərbaycanlı olduğu iddia edilirdi. Bəzi yaxınları isə onun atasının tacik, anasının rus olduğunu bildirirlər.
Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən qəzaya uğrayıb. Təyyarədəki 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.
Zaira Akifqızı
Globalinfo.az














