TƏXRİBAT TƏHLÜKƏSİ: ABŞ-ın Avropadakı hərbi bazaları hazır vəziyyətə gətirildi

TƏXRİBAT TƏHLÜKƏSİ: ABŞ-ın Avropadakı hərbi bazaları hazır vəziyyətə gətirildi

Avropadakı ABŞ hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” bir neçə mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ kəşfiyyatı Rusiyanın Amerika bazalarını və hərbi personalını özünün proksi qüvvələrinin hücum hədəfinə çevirməyi planlaşdırdığını öyrənib. Bu məlumat ABŞ hərbi komandanlığını müdafiəni ikinci səviyyəyə qaldırmağa məcbur edib.

Nəşrin məlumatına görə, xüsusilə, Almaniyanın Ştutqart şəhərindəki Amerika bazasında döyüş hazırlığı yüksək səviyyəyə çatdırılıb. Bu bazada Silahlı Qüvvələrin Avropa Komandanlığının qərargahı yerləşir.

Telekanalın məlumatına görə, ABŞ-ın Avropadakı hərbçiləri ən azı 10 ildir ki, bu səviyyədə təhlükə ilə üzləşməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az