“Terror Türkiyədə özünə yer edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, terror aktı nəticəsindən yaralanan 22 nəfərdən 3-ü artıq evə buraxılıb. Digər 19 nəfərin müalicəsi davam edir.
“Bu hücum bizə bir şeyi öyrədir. Türkiyənin müdafiə sənayesi sahəsində əlavə addımlar atması lazımdır. Terrora qarşı səsimizi ucaltmalı olduğumuz bir zaman yetişib. Türkiyəni terror ələ keçirə bilməyəcək”, – deyə Kurtulmuş vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














