Ter-Petrosyan mənə dedi ki, Qarabağın müstəqilliyi… – Paşinyan

2020-ci ildən sonra Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi siyasi qüvvənin bəyanatları mənim “Müharibə, yoxsa sülh? Ciddi olmağın vaxtıdır!” bəndləri haqqındakı fikirlərimi dəyişdi.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il üçün hökumət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

“Keçən dövrün bəyanatları, Levon Ter-Petrosyanın klerikal-feodal elitasını birləşdirmək cəhdləri, eləcə də bir sıra bəyanatlar göstərir ki, bu ittiham maddələri əslində klerikal-feodal hiyləsinə müqavimət göstərmək üçün uğursuz cəhd deyil, onun ayrılmaz tərkib hissəsi idi”, – Paşinyan deyib.

Erməni baş nazir məsələnin “Niyə?”sinə də cavab verib.

“Çünki Ter-Petrosyan və Erməni Milli Konqresi bildirirlər ki, onlar ərazilərin qaytarılmasını nəzərdə tutmayıblar, Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüz olduğunu deməyiblər. Bu, klerikal-feodal hiyləsinin aşkar və birmənalı hissəsidir”, – Paşinyan qeyd edib.