Tələbələr haqda SON XƏBƏR: Xilasedicilər salona daxil oldular, bunlar tapıldı – VİDEO

***
14.02.2023  14:34

Xilasedicilər Türkiyənin Malatya şəhərində 4 azərbaycanlı tələbənin olduğu mərtəbənin salonuna daxil olublar.

Bu barədə Globalinfo.az-a zəlzələ nəticəsində dağıntılar altında qalan Hümam İsmayıllının yaxınları məlumat verib.

Bildirilib ki, xilasedicilərə tələbələrimizin yaşadıqları mərtəbənin sxemi təqdim olunub:

“Artıq xilasedicilər salona daxil olublar. Hələ ki bayraqlar tapılıb. Yatdıqları otağın sxemi verilib və xilasedicilər o istiqamətə doğru qazaraq irəliləməyə başlayıblar”.

Tələbələrdən Gündüz Nəzərzadənin qaldığı evdən Qurani-Kərim, eləcə də Türkiyə və Azərbaycan bayraqları tapılıb.

Zaira Akifqızı
Globalinfo.az