İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə nümayişlər keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” xəbər yayıb.
Məlumata görə, nümayişçilər Təl-Əvivin “Demokratiya Meydanı”na toplaşaraq hökumətə və erkən seçkilərə, həmçinin Həmas tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmaya etiraz ediblər.
Etiraz aksiyasını İsraildə fəaliyyət göstərən “Dəyişiklik nəsli” hərəkatı təşkil edib.
Polis nümayişi məhdudlaşdırmaq üçün əsas küçə və prospektlərdə barrikadalar qurub.
Etirazçılar daha sonra girovların ailələrinin Begin küçəsində keçiriləcək etiraz aksiyasına qoşulacaqlar.
Əliyar Xəlil
Globalinfo.az














