Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra İranın paytaxtı Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” yerli mənbələrə istinadən məlumat yayıb.
Paytaxtın müxtəlif bölgələrində təhlükəsizlik və polis qüvvələrinin sayının artırıldığı bildirilir.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) şəhərdə təhlükəsizlik tədbirlərini artırdığı qeyd edilir.













