AA 20250423 37725467 37725463 FATIHTE METRUK BINA DEPREMDE KISMEN COKTU
İstanbulda baş verən zəlzələdən sonra 378 binada zədələnmələr qeydə alınıb, 12 yaşayış binasından sakinlər təxliyə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.

“378 bina zədələnməsi ilə bağlı bildiriş daxil olub. Qeyd edim ki, İstanbulda 7,5 milyondan çox yaşayış evi var. Bildirişlər əsasında dərhal yoxlamalara başladıq. Ehtiyat tədbiri olaraq 12 bina, o cümlədən Fatih rayonundakı bir tərk edilmiş bina boşaldılıb”, – nazir deyib.

Onun sözlərinə görə, növbəti dörd gün ərzində mütəxəssislər binalarda ətraflı araşdırmalar aparacaqlar. Bu müddət ərzində istək əsasında vətəndaşlara məktəblərdə gecələməyə şərait yaradılıb. Qeyd edək ki, həmin məktəblərdə cümə gününə qədər dərs keçirilməyəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: