Ermənistanın Sünik vilayətinin (Zəngəzur – red.) Sisian bölgəsində yerləşən N saylı hərbi hissəyə mülki şəxslər hücum ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, bir qrup şəxs qanunsuz şəkildə hərbi hissəyə daxil olub, çağırışla bağlı hansısa məsələni aydınlaşdırmaq istəyib. Bu zaman hərbi hissənin növbətçisi onlardan ərazidən çıxmağı tələb edib.
Hərbi hissədən uzaqlaşan şəxslər keçid məntəqəsinin qapısında iki hərbçini döyüblər və qaz tapançasından havaya atəş açıblar.
İstintaq Komitəsi hadisə ilə bağlı üç nəfərin həbs edildiyini açıqlayıb.
Ayşən Mustafa
Globalinfo.az













