İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 300-ü ötüb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Təbii Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Agentliyindən bildirilib.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 318 nəfərə çatıb, 7,7 mindən artıq insan xəsarət alıb, 14 nəfər isə itkin düşüb.
Xatırladaq ki, İndoneziyanın Yava adasında noyabrın 21-də 5,1 bal gücündə zəlzələ baş verib.














