TƏBİB Bakıda yanan doğum evi ilə bağlı açıqlama yaydı: 50-ə yaxın pasiyent… – YENİLƏNİB

TƏBİB Bakıda yanan doğum evi ilə bağlı açıqlama yaydı: 50-ə yaxın pasiyent... - YENİLƏNİB

:09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”.

Globalinfo.az xəbər verir ki, bu haqda TƏBİB-n rəsmisi Zamira Adilova məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğınsöndürmə işləri başa çatıb.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.

Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.
1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir.

Əlavə məlumat veriləcək”.

***05:55

“Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb”.

Globalinfo.az xəbər verir ki, bu haqda TƏBİB-n rəsmisi Zamira Adilova məlumat yayıb.

Məlumatda bildirilir ki, 09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib:

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub. Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir”.

TƏBİB Bakıda yanan doğum evi ilə bağlı açıqlama yaydı: 50-ə yaxın pasiyent... - YENİLƏNİB

Globalinfo.az