Tbilisidə son üç gün ərzində 60 etirazçı saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər yığıncaqların və nümayişlərin keçirilməsi ilə bağlı qaydaları pozublar.
“Patrul polisi dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, onlar yolu bağlayaraq nəqliyyatın hərəkətinə maneələr yaradıblar”, – deyə əlavə edilib.
Qeyd edək ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.













