Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Prezident Salome Zurabişvilinin impiçment prosedurunu yenidən başladacaq.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, partiya bu addımı prezidentin hökumətlə razılaşdırmadan Fransa, Almaniya, Belçika və Polşaya səfər etməsinə görə atır.
Qeyd edək ki, Zurabişvilinin hazırda Gürcü Arzusu ilə münasibətləri pisdir. Gürcüstan prezidenti qeyd edilən səfərlərin hamısında hökuməti tənqid edərək, Qərbdən İvanişvilidən yaxa qurtarmaq üçün yardım istəyib.
Zurabişvilinin impiçmenti prosesi keçən ilin oktyabrında gerçəkləşmişdi. Lakin o zaman Gürcü Arzusu Partiyası impiçmentə nail ola bilməmişdi.
Əliyar Xəlil
Globalinfo.az













