Tavuşda sərhədin nəzarətə götürülməsinə hazırlıq gedir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Kirants kəndində dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıqıara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizliyin və operativliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb.