Tarixi Zəfərimiz qürur mənbəyimizdir

Tarixi Zəfərimiz qürur mənbəyimizdir

İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümü ilə bağlı münasibətində bildirib ki, 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni səhifə yazdı.

İctimai Birlikdən Globalinfo.az-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizin yazılan Zəfər səhifəsi qalib Azərbaycanın qarşısında geniş üfiqlər açır. Yeni reallıqlar yaradan ölkəmiz  bu gün sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır.

O da qeyd edilib ki, şanlı Qələbəmiz  Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha təsdiqlədi. Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi parad Azərbaycanın tarixi ədalətə söykənən siyasətinin, hərbi qüdrətinin  təqdimatı oldu. 30 illik işğal dövründə hər birimiz bu amalla yaşadıq ki, torpaqlarımız işğaldan azad edilsin. Soydaşlarımız doğma yurd-yuvalarına qayıtsınlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında, görüşlərində, bayram tədbirlərində bu əminliyi ifadə edirdi ki, gün gələcək Azərbaycan Bayrağı Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, o gün gəldi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Azad Qarabağ və Şərqi zəngəzur yenidən qurulur, bərpa edilir. Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim edir.