Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.
Globalinfo.az tarixi maçda tamaşaçı qismində iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məciddən təəssüratlarını öyrənib:
Rəşid Məcid Xankəndidə Xalq artisti Fəxrəddin Manafovla
“Tək Azərbaycan futbol tarixində yox, ümumiyyətlə xalqımız üçün böyük əlamətdar gün idi. Xankəndi stadionunda “Qarabağ” və MOİK oyununda insanlar çox maraqla iştirak etdi. Prezident İlham Əliyev də çıxışı zamanı şəhərin Azərbaycanın maliyyəsi hesabına tikildiyini qeyd etdi. Separatçıların simvolikası da tarixin arxivinə, zibilliyə tullanır. Bu gün prezident şəhid ailələri, övladları ilə birlikdə oyunu izlədi.
Çox yaddaqalan gün oldu. Arzu edirik ki, gələcəkdə Ağdamda “İmarət” stadionunda yerli komandaların dünyanın məşhur komandaları ilə oyunları keçirilsin. Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Oyunun qalibi də elə Azərbaycan xalqı idi”.
APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev isə qeyd edib ki, oyun başa çatdıqdan sonra mətbuat konfransı başladı:
Nurşən Quliyev
“Tamaşaçı kimi biz də bu gün həmin oyunda iştirak etdik. Sözlə ifadə edilməyəcək qədər möhtəşəm hissdir. Həmin anları yaşamaq lazımdır.
Uşaqlıqda yaşadığım, təhsil aldığım doğma Xankəndiyə uzun müddətdən sonra yenidən gəlmək, tarixi oyuna şahid olmaq möhtəşəmdir. Mənim üçün ikiqat vacib, ən əhəmiyyətli, əlamətdar günlərdən biri yaşandı “.
Safura Bənnayeva
Globalinfo.az














